Səddam Hüseynin şəhəri İŞİD-dən azad edildi
Şiddətli döyüşlər nəticəsində süni və şiə yaraqlılarının dəstəyi ilə İraq ordusu İŞİD yaraqlılarını mühasirəyə alıb. Ölkə hərbçiləri İŞİD yaraqlıların şəhəri tərk etməsinin qarşısını alaraq onların hamısını məhv edib.
Qeyd edək ki, İraq ordusu səhər saatlarından etibarən Tikrit üzərinə hücuma keçib. Hücumda artilleriya, tanklar və İraq Hərbi Hava Qüvvələri iştirak edib.
Hazırda Tikrit küçələrinin gizlənən İŞİD yaraqlılarından təmizlənməsi əməliyyatları aparılır.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Tikrit şəhəri İraqın sabiq rəhbəri Səddam hüseynin doğulduğu şəhərdir. Şəhər ötən ilin iyun ayında İŞİD tərəfindən tutulmuşdu.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: