Qadın futbolçular arasında dava: 9 nəfər yaralı
Məlumata əsasən hadisə Türkiyə futbol çempionatının 1-ci dəstəsində çıxış edən "Qazikentspor" və Adana İdmanyurdu" komandasının oyunçuları arasında baş verib.
Çempionatın 17-ci həftəsində baş tutan matçda "Qazikentspor"un futbolçusuna oyunun 80-ci dəqiqəsində qırmızı kart göstərilib . Tərəflər arasında qarşıdurma da məhz bu andan etibarən başlayıb. Əvvəlcə oyunçular arasında dava düşüb, daha sonra isə onlara tamaşaçılar da qoşulub.
Nəticədə, "Gazikentspor"un 5, "Adana İdmanyurdu"nun isə 4 futbolçusu yaralanıb.
Eldar Tanrıverdiyev
AzVision.az