Qafqazlılar kafedə dava saldı
Hadisə ötən gün Moskvanın cənub-şərqindəki, Klyuçevoy küçəsindəki yerləşən"Priçal" kafesində baş verib. Ümumilikdə davada 6 nəfər iştirak edib.
Qarşıdurma nəticəsində 3 nəfər bıçaq yarası alıb. Onlardan ikisi dava iştirakçısı, biri isə mühafizə xidmətinin işçisi olub. Onların hər üçü təcili olaraq yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
İndi polis hadisənin digər iştirakçılarının axtarışına başlayıb. Hadisə ilə ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Moskvada kafelərdə kütləvi davalar müntəzəm olaraq baş verir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: