Putin Yanukoviçi necə xilas etməsindən danışdı – VİDEO

Putin Yanukoviçi necə xilas etməsindən danışdı – VİDEO
  09 Mart 2015    Oxunub:1972
Rusiyanın “Rossiya 1 “ telekanalında martın 8-də jurnalist Andrey Kondaoşuvun “Krım. Vətənə gedən yol” adlı sənədli filminin anonsu yayılıb.

AzVision.az-ın məlumatına görə, 1 dəqiqəlik rolikdə Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin əvvəlində baş verənlər barədə danışıb.

“Mən bizim Müdafiə Nazirliyi, xüsusi xidmət orqanları rəhbərlərini Kremlə dəvət etdim, onların qarşında Ukrayna prezidentini xilas etmək məsələsini qoydum. Əks halda onu sadəcə məhv edərdilər. Orada uzun müddət danışmamaları üçün iri kalibrli pulemyotlar yerləşdirilmişdi. Biz onu birbaşa Donetskdən quru, su və hava yolu ilə çıxarmağa hazırlaşdıq. Bu 22-23 fevral tarixlərində baş vermişdi. Biz əməliyyatı səhər saat 07:00-da bitirdik”, - deyə qeyd edib.

Video rolikdə Rusiya lideri Krımın Rusiyaya birləşdirilməsinə dair fikirləri ilə də bölüşüb.

“Ayrılarkən isə mən həmkarlarıma dedim: Biz Krımın Rusiyanın tərkibinə qaytarılmasına dair işlərə başlamağa məcburuq”, – deyə Putin vurğulayıb.

Filmin konkret olaraq nə vaxt efirə veriləcəyi hələ ki, açıqlanmır.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti