Azərbaycan əsilli aktyorun ailəsində ağır itki

Azərbaycan əsilli aktyorun ailəsində ağır itki
  09 Mart 2015    Oxunub:2196
Türkiyənin tanınmış aktyoru Tamer Karadağlının atası vəfat edib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumatı aktyorun prodüseri Birol Güven də təsdiqləyib.

"Dəyərli sənətkarımız Tamer Karadağlının atasını bu səhər itirdik”,- deyə Birol Güvən “Twitter” səhifəsində yazıb.
Aktyorun atasının Ankarada dəfn olunacağı bildirilib.

Qeyd edək ki, bir Tamer Karadağlı əsasən "Çocuklar Duymasın" serialında canlandırdığı Haluk obrazı ilə məşhurlaşıb.
Əslən Türkiyənin Qars vilayətindən olan Karadağlı müsahibələrinin birində babalarının azərbaycanlı olduğunu demişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti