Nemtsovun qatili özünü partlatdı - VİDEO

Nemtsovun qatili özünü partlatdı - VİDEO
  08 Mart 2015    Oxunub:13511
Boris Nemtsovun qətlində şübhəli bilinən şəxs özünü partladıb.
Bu barədə "İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarında mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, cinayətkar polis tərəfindən mühasirəyə alınmışdı. Əlinda olan iki qumbaradan birini cinayətkar polis əməkdaşlarına atıb, digəri ilə özünü partladıb.

Qeyd edək ki, artıq qətldə şübhəli bilinən iki nəfər saxlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir.

Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.




Teqlər:  





Xəbər lenti