Nemtsovun qətli ilə bağlı daha iki nəfər tutuldu
O bildirib ki, bundan əvvəl həbs olunan Zaur Dadayev Çeçenistan Respublikası DİN-in “Sever” batalyounun alay komandirinin müavinidir, Anzor Qubaşev isə Moskvada özəl təhlükəsizlik şirkətlərindən birində çalışır. Şübhəli qismində yeni həbs edilənlərdən biri hadisə zamanı Zaur Dadayevin maşınında olub, digəri isə Anzor Qubaşovun kiçik qardaşıdır.
Bir müddət əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov B.Nemtsovun öldürülməsində şübhəli bilinən iki nəfərin həbs edildiyini demişdi. Bunlar Anzor Qubaşov və Zaur Dadayevdir.
Qeyd edək ki, Rusiya Baş nazirinin keçmiş müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov fevralın 28-i gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsündə qətlə yetirilib.