Züqanov Bakını təriflədi - VİDEO
Qələbənin 70-ci ildönümü ərəfəsində Bakıya bu statusun verilməsi rus millət vəkilləri tərəfindən də məqsədəuyğun sayılır. Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov hətta bu məsələni Dövlət Dumasında müzakirəyə çıxarmağa hazır olduğlarını deyir.
“Ancaq konkret Bakıya gəlincə bunu deyə bilərəm ki, cəbhəyə yollanan neftin 80 faizi azərbaycanlıların göndərdiyi neft idi. Ona görə mən Bakıya “Qəhrəman şəhər” statusu verilməsinə müsbət baxıram. Təklifinizi göndərin, müzakirə edək” - deyə deyə Gennadi Züqanov bildirib.
Millət vəkili, general Nikolay Antoşkin də Bakıya “Qəhrəman şəhər” status verilməsi ilə bağlı bu fikirdədir.
“Bakının rolu bu qələbədəki danılmazdır. Bakı nefti olmadan təyyarələrimiz və tanklarımız hərəkət edə bilməzdi. Bakıya heç olmasa “Döyüş şöhrəti" ordeni verilməlidir”- deyə Nikolay Antoşkin söyləyib.
Bu il 9 Mayda qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək anım mərasiminə Azərbaycan prezidentı də daxil olmaqıla 60-a yaxın dövlət başçısı dəvət edilib (Ans tv).
Teqlər: