Burada kişilərin işləməsi qadağandır

Burada kişilərin işləməsi qadağandır
  08 Mart 2015    Oxunub:1927
Diyarbəkirdə qadınların iqtisadi və mədəni həyatlarına müsbət təsir etmək məqsədiylə qurulan səmt bazarında kişilərin işləməsinə icazə verilmir.

Diyarbəkirdə 18 yaşını doldurmuş, həyat yoldaşından şiddət görən, boşanan, əri həbsxanada olan, ya da dolanışıq çətinliyi yaşayan qadınlar bu bazarda işləyərək, həm öz, həm də varsa uşaqlarının dolanışıqlarını təmin etmək imkanı tapırlar. Buna görə də, kişilərin bu bazarda işləməsi qadağan edilib.

Kişilər bu bazara ancaq alış-veriş etmək məqsədi ilə girə bilərlər.


Teqlər:





Xəbər lenti