Rus müğənni İrəvanda xəstəxanalıq oldu - VİDEO

Rus müğənni İrəvanda xəstəxanalıq oldu - VİDEO
  07 Mart 2015    Oxunub:1974
Rusiyanın məşhur müğənnisi İrina Alleqrova Ermənistanda xəstəxanalıq olub.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu gün İrina Alleqrova İrəvanda konsert verməyi planlaşdırırdı. Lakin konsertdən bir neçə saat əvvəl qəfildən onun halı pisləşib və yerə yıxılıb. Müğənnini xəstəxanaya aparıblar.

"Mən İrəvanda əlimdən gələni etdim ki, konsert vasitəsilə bizim görüşümüz baş tutsun. Amma gözlənilməz hadisələr bizdən güclüdür. Mən özümü çox pis hiss edirəm, səhnəyə çıxa bilməyəcəyəm",- deyə təşkilatçılar konsertə gələn ermənilərə Alleqrovanın müraciətini oxuyub.

Müğənni həmçinin alınan biletləri atmamağı təklif edib. Çünki konsert aprelin 6-da baş tutacaq.




Teqlər:  





Xəbər lenti