İŞİD tarixi şəhəri məhv etdi

İŞİD tarixi şəhəri məhv etdi
  07 Mart 2015    Oxunub:1693
İŞİD yaraqlıları qədim mədəniyyət abidələrini dağıtmaqda davam edirlər.
Bu dəfə terrorçu qruplaşma tərəfindən İraq ərazisindəki tarixi Nimrud şəhərinin xarabalıqları dağıdılıb.

Nimrud şəhərinin əsası Mesopotamiyada, bizim eradan əvvəl XIII əsrdə qoyulmuşdu. Dörd yüz ildən sonra şəhər qədim Assuriya dövlətinin paytaxtına çevrilmişdi. XIX əsrin ortalarından başlayaraq Mosuldan 35 kilometr aralıda yerləşən bu şəhərin xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı bir sıra önəmli tapıntılar üzə çıxmışdı.

Qeyd edək ki, martın 6-da İŞİD yaraqlıları tərəfindən “bütlərlə mübarizə” adı ilə İraqın şimalında yerləşən Mosul şəhərinin tarix muzeyindəki abidələrin dağıdılmasının sübutu olan video görüntülər yayılmışdı.




Teqlər:





Xəbər lenti