Moskva Nemtsova görə ayağa qalxır
O qeyd edib ki, ilkin olaraq aksiyanı “Qəzəb və ləyaqət yürüşü” adlandırmaq qərara alınıb.
Hələlik yürüşün yeri, forması və tələblər barədə məlumat verilmir.
O qeyd edib ki, aksiyanın təşkilatçıları olan PARNAS partiyası ilə Həmrəylik hərəkatı yürüşün şəhərin mərkəzində keçirilməsinə çalışacaqlar.
Bundan əvvəl, martın 1-nə nəzərdə tutulan “Bahar” yürüşü fevralın 27-də müxalifət lideri Boris Nemtsovun qətlinə görə təxirə salındı.
Bunun əvəzinə Moskvanın mərkəzində Nemtsovun xatirəsinə çoxminlik mitinq keçirildi. (Ans)
Teqlər: