İŞİD Osmanlıya aid məscidi partlatdı

İŞİD Osmanlıya aid məscidi partlatdı
  06 Mart 2015    Oxunub:2753
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Mosul şəhərində Osmanlı imperiyasına aid məscidi dağıdıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixi Hemo Kado məscidinin məhv edilməsinin səbəbini Kürdüstan Demokrat Partiyasının Mosul təşkilatının sədri Səid Memozini belə izah edib:

“Mosulun qərbində yerləşən və Osmanlı dövründən qalan məscid dünən axşam partlayıcı maddə ilə havaya uçurulub. Həmin məsciddə kimə aid olduğu məlum olmayan türbə var idi. Mosul sakinləri hər cümə axşamı və cümə günləri türbəyə baş çəkərdilər. Bu da İŞİD üzvlərini narahat edib”.

Qeyd edək ki, bundan əvvəl də İŞİD üzvləri Mosul muzeyində heykəlləri dağıtmış və kitabxanadakı tarixi əlyazmaları yandırmışdı. İŞİD Mosulu 2014-cü ilin iyunun 10-dan ələ keçirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti