Moskvada azərbaycanlı öldürülüb

Moskvada azərbaycanlı öldürülüb
  06 Mart 2015    Oxunub:1867
Rusiya paytaxtı Moskvada 28 yaşlı azərbaycanlı güllələnib.
Bu barədə AzVision.az “Rosbalt”a istinadən xəbər verir.

Məlumat əsasən, hadisə Moskva vilayətinin Domodedovo şəhərində baş verib. Martın 5-də saat 23:00 radələrində 28 yaşlı Azərbaycan vətəndaşı yaralı vəziyyətdə Domodedovo Mərkəzi Şəhər Xəstəxanasına gətirilib.

Aparılan araşdırma nəticəsində azərbaycanlının iki yoldaşı ilə birlikdə kafedən çıxarkən güllələndiyi aşkarlanıb. Onun naməlum şəxs tərəfindən güllələndiyi bildirilir.

Həmyerlimiz xəstəxanaya yerləşdirilsə, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti