Putin Poroşenkoya məktub yazdı

Putin Poroşenkoya məktub yazdı
  06 Mart 2015    Oxunub:2498
Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Pyotr Poroşenkonun pilot Nadejda Savçenko ilə bağlı məktubuna cavab yazıb.
AzVision.az-ın “TASS” agentliyinə istinadən xəbər ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Rusiya prezidentinin məktubu hazırdır və o artıq göndərilib”, - deyə Peskov vurğulayıb. Peskov, həmçinin yüksək səviyyədə həyata keçirilən məktublaşmanın detallarını açıqlamayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti