`Amnesty International` boykot xəbərini təkzib etdi

`Amnesty International` boykot xəbərini təkzib etdi
  06 Mart 2015    Oxunub:1938
"Amnesty International" Bakı 2015 I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.

Bu barədə "Amnesty International"-ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusenin məlumatında deyilir.

Məsələ ilə bağlı təşkilatın bəyanatında deyilir: "Amnesty International"-ın "Guilty of Defending Rights: Azerbaijans human rights defenders and activists behind bars" sərlövhəli məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayıldı. Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb". (trend)


Teqlər:  





Xəbər lenti