Öldürülən müxalifətçinin ailəsini zəhərləyiblər - VİDEO

Öldürülən müxalifətçinin ailəsini zəhərləyiblər - VİDEO
  06 Mart 2015    Oxunub:2169
Ötən gün İstanbulda güllələnərək öldürülən Tacikistan müxalifət liderlərindən biri Umarali Kuvatovun həyat yoldaşı və iki azyaşlı oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Kumrinnisa Cabbarova və onun uşaqları İstanbul klinikalarından birində reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə məlumatı öldürülən siyasətçinin yaxınları da təsdiqləyib.

“Ötən gün Umarali Kuvatov və ailəsi qonaqlığa dəvət edilib. Yemək yedikdən sonra Kuvatov özünü pis hiss edib və küçəyə çıxıb. Elə bu vaxt onu güllələyiblər. Onun həyat yoldaşı və ailəsi yaxınlarına qətl haqqında məlumat veriblər. Bundan sonra ailə üzvlərinin hamısı huşunu itiriblər. Xəstəxanadan isə bizə onların zəhərləndiklərini bildiriblər”, - deyə Tacikistan müxalifətinin nümayəndələri vurğulayıb.

Qeyd edək ki, Tacikistanın “Qrup 24” adlı müxalifət hərəkatın lideri kimi tanınan Umarali Kuvatov gecə saatlarında İstanbulun Fatih bölgəsində silahlı hücuma məruz qalıb.



Hadisə Bakı vaxtı ilə 00:30 radələrində baş verib. Evinə gələn qonaqla yemək yedikdən sonra küçəyə çıxıb. Elə bu vaxt oradan keçən bir nəfər yaxınlaşaraq ona silahla başından atəş açıb.

Ətrafda olan vətəndaşlar silah səsini eşidərək dərhal təcili yardıma və polis əməkdaşlarına məlumat veriblər. Hadisə yerinə gələn təcili yardım qrupu müxalifət liderinin öldüyünü müəyyən ediblər.

Kuvatovun ailə xəbəri eşitdikdə şok keçiriblər və xəstəxanaya çatdırılıblar.

Bundan başqa, onunla evində yemək yeyən Süleyman adlı dostunun da hadisədən sonra aradan çıxdığı deyilir.

Cinayət hadisəsi ilə bağlı Terrorla Mübarizə İdarəsi ilə Cinayət Büro Şöbəsi qrupları birlikdə əməliyyatlara başlayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti