Nazarbayev: “Növbədənkənar seçkiləri istəmirdim”

Nazarbayev: “Növbədənkənar seçkiləri istəmirdim”
  06 Mart 2015    Oxunub:1785
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə növbədənkənar seçkilərin keçirilməsini planlaşdırmadığını açıqlayıb.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan lideri 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Hazırda seçkiöncəsi kampaniya başlayıb. Növbədənkənar seçkilərin keçirilməsi barədə ideyanı əsasən qadınlar dəstəklədilər”, - deyə Nazarbayev bildirib. O, həmçinin xeyli sayda dəstək məktubunun da aldığını vurğulayıb.

“Düzünü desəm, mənim şəxsi planlarım tamamilə fərqli idi. Mən artıq xeyli müddətdir ki, Qazaxıstana rəhbərlik edirəm. Bəlkə teatrda dedikləri kimi, dekorasiyanı dəyişmək vaxtıdır. Mən belə düşünürəm”, - Nazarbayev qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti