“Cimi” Azərbaycana gəlir

“Cimi” Azərbaycana gəlir
  05 Mart 2015    Oxunub:16311
Mithun Çakraborti Bakıya səfər edəcək.
AzVision.az-ın Azərbaycanın “ATV” telekanalına istinadən xəbər verir ki, tanınmış hindistanlı aktyor Mithun Çakrabortinin Bakıya gələcəyi gözlənilir.

Bunu "ATV"nin efirində yayımlanan “Gündəlik” verilişinin qonağı olan azərbaycanlı rəqqasə, “Indias Best Cine Stars Ki Khoj” istedadlar müsabiqəsinin qalibi Oksana Rəsulova bildirib. O, Mithun Çakrabortinin səfərinin təfərrüatları barədə söz açmasa da, onun tezliklə Azərbaycana gələcəyini söyləyib.

64 yaşlı Mithun Çakraborti 80-ci illərin sonuna 300-dən artıq filmə çəkilib. 1982-ci ildə onun baş rolu, yəni Cimini oynadığı “Disko rəqqası” filmi ağlagəlməz uğur qazanıb.

Mithun Çakraborti hind aktrisası Yogita Bali ilə evlidir və onların 3 oğlu, 1 qızları var. Onun birr oğlu Mimoh ailənin kino karyerasını davam etdirməkdədir. Çakraborti son zamanlar daha çox biznes sahəsin ilə məşğul olur. Hindistanın Uta şəhərində onun mehmanxana şəbəkəsi var.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti