Ermənilərin 63%-i Rusiya ilə birləşmək istəyir
“Ermənistan hanı ölkə ilə birləşməlidir? Sualına respondentlərin 63 faizi Rusiya deyə cavablandırıblar. Ermənilərin 27% isə ölkələrinin heç kimlə birləşməməli olduğunu vurğulayıb. Rəyi soruşulan ermənilərdən 7% - Avropa ölkələrinə, 3%- Gürcüstana, 3% - Belarus, 3%-i Qazaxıstana, 1% isə Ukraynanın lehinə səs verib”, – deyə “Gallup International Association” Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.
Sorğuda iştirak edən şəxslərin 45%-i Rusiya əleyhinə sanksiyaların, neft qiymətlərinin aşağı düşməsi və rublun dəyərsizləşməsi bir mənalı olaraq onların ailələrinə mənfi təsir göstərir.
Bundan əlavə ermənilərin 88%-dən çoxu Rusiya əleyhinə sanksiyaların ümumilikdə Ermənistan iqtisadiyyatına mənfi təsir etdiyini xüsusilə vurğulayıblar.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: