Ölən hərbçilərin kimliyi məlum oldu

Ölən hərbçilərin kimliyi məlum oldu
  05 Mart 2015    Oxunub:1664
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə keçirdiyi “TurAz Şahini 2015” təlimləri zamanı şəhid olan pilotların şəxsiyyəti məlum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhid olan hərbçilər Mustafa Tanış və Mustafa Delikanlıdır. Onlardan birinin cəsədi partlamış təyyarənin yüz metr yaxınlığında tapılıb. Şəhid olan digər pilotun cəsədi partlayış baş verən yerdə aşkar edilib.

İlkin ehtimala görə, hər iki pilot rütbəcə kapitandır.

Konya şəhərinin valisi Müəmmar Erol mətbuata açıqlamasında bildirib ki, təyyarə qəzasının Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi ilə heç bir bağlılığı yoxdur.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti