Komandasının oyununu izləyib ölməyə getdi - VİDEO
Onun stadiona gəlməsindən xəbər tutan klub rəhbərliyi və azarkeşlər Lorenso üçün vida mərasimi təşkil ediblər.
Azarkeşlər 7 yaşlı qızı ilə stadionda gəzən və tərəfdarlara əl yelləyən Lorenzo üçün “Heç vaxt tək gəzməyəcəksən” şüarını səsləndiriblər. Matçı stadionun xüsusi lojasında qızı Dina ilə birlikdə izləyən Lorenzo komandasının 3-0 qalib gəldiyi oyunda göz yaşlarını saxlaya bilməyib: “Son arzum gerçək oldu. Rahat ölə bilərəm artıq. Qalibiyyəti cənnətdən qeyd edəcəm”.
Daha sonra o, müalicə aldığı xəstəxanada iynə ilə öldürülüb.
Eldar Tanrıverdiyev
AzVision.az