Xameneyi xəstəxanaya yerləşdirildi
Əli Xamneyi prostat vəzi xərçəngindən əziyyət çəkir, onun bədənin başqa yerlərində də metastazın ola biləcəyi vurğulanır. İranın rəsmi KİV-i bu barədə məlumatları hələ ki təsdiqləmir.
Qeyd edək ki, 2014-cü ilin sentyabr ayında Xamneyi prostat vəzindən əməliyyat olunub. Həkimlər həmin vaxt əməliyyatın uğurlu keçdiyini bildirmişdilər.
Xatırladaq ki, Əli Xamneyinin 76 yaşı var və o, 26 ildir ki, İrana rəhbərlik edir. 1981-1989-cu illərdə ölkə prezidenti səlahiyyətlərini icra edib.
Eldar Tanrıverdiyev
AzVision.az