Ermənistan büdcəsi çökür – 8 milyard kəsir var

Ermənistan büdcəsi çökür – 8 milyard kəsir var
  05 Mart 2015    Oxunub:2670
Ermənistanın hazırki iqtisadi vəziyyəti dövlət büdcəsində ciddi problemlərə yol açıb.

Bu barədə AzVision.az “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.

“Bizim məlumatlarımıza görə, artıq yeni ilin iki ayında Ermənistan büdcəsində 8 milyard dram kəsir var. Bu ilin büdcəsini toplamaq üçün Dövlət xərcləri komitəsi ötən illə müqayisədə daha 5 faiz çox vergi toplamalıdır. Lakin çətin ki, göstərilən vəsaiti toplamaq mümkün olsun. Çünki hazırkı gəlirlər belə ötən illə müqayisədə azdır. Dövlət Gəlirlər Komitəsi gəlirlərdəki azalmanı Avrasiya İqtisadi İttifaqında (Aİİ) tətbiq olunan vahid gömrük rüsumları hesabına kompensasiya edəcəyinə ümid edir. Ermənistan bu ilin yanvar ayının ikisindən Aİİ-nin üzvüdür və üçüncü ölkələrdən idxal olunan mallar hesabına yığılan vergilər Aİİ-nin vahid hesabında toplanılır.

Bu hesabda isə Ermənistanın payı 1,13%-dir. Lakin məsələ bundan ibarətdir ki, Aİİ-yə edilən idxalın həcmi kəskin şəkildə azalıb. Bu isə eyni zamanda Ermənistan büdcəsinə daxil olmaların azalmasına səbəb olur. Bir sözlə desək, artıq ilin əvvəlindən Ermənistan büdcəsində problemlər var və onların dərinləşməsi tendensiyası müşahidə olunur”, – deyə “Aykakan Jamanak” qəzeti məqalədə qeyd edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti