Permaykov `dəlilik` testindən keçirilir
Mənbənin sözlərinə görə, ekspertiza stasionar qaydada Rusiyanın Ermənistandakı 102-ci bazasında keçiriləcək. Ekspertizanın iki həftə sonra yekunlaşacağı gözlənilir.
“Permyakovun psixikasında problemlərin olması haqqında bütün söhbətlər şayiədir. Ekspertizanin nəticələri hələ məlum deyil”, - deyə mənbə bildirib.
Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.
Eldar Tanrıverdiyev
AzVision.az