Kadırov və Timati “İphone”dan imtina etdi

Kadırov və Timati “İphone”dan imtina etdi
  05 Mart 2015    Oxunub:1998
Çeçenistan prezidenti Ramsan Kadırov və rusiyalı reper Timati “İphone”dan imtina ediblər.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Kadırov öz “İnstagram” səhifəsində paylaşıb.

“Əziz dostlar! Mən əvvəl də demişdim ki, “İphone”-u istifadə etməkdən imtina edəcəyəm. Bu müddət ərzində mən Rusiya istehsalı olan “YotaPhone”-nu nəzərdən keçirirdim. Bu gün dostum Timati Qrozniya gəldi. Mən ona hədiyyə etdim. Bundan sonra biz yerli “YotaPhone”dan istifadə edəcəyik. O, işləmək üçün rahatdır, gözəl dizayna malikdir və ən əsası Rusiya məhsuludur”. – deyə Kadırov qeyd edib.

Qeyd edək ki, Kadırov daha əvvəl rusları ABŞ sosial şəbəkələri və smartfonlarından imtina etməyə çağırmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti