KVN-in aparıcısını döydülər

KVN-in aparıcısını döydülər
  05 Mart 2015    Oxunub:1954
Şən və Hazırcavablar Klubunun (KVN) məşhur aparıcısı Aleksandr Maslyakov Moskvada hücuma məruz qalıb.

Bu barədə AzVision.az “Qovorit Moskva”ya istinadən xəbər verir.

Maslyakov Şeremetyevo küçəsindəki KVN Evinin qarşısında öz avtomobilinə əyləşərkən bir nəfər yaxınlaşaraq ona yumruq zərbəsi endirib. Həmin gün KVN-nin premyer liqasının 1/8 mərhələsinin ilk oyunu keçirilib.

Həmin şəxs saxlanılıb. Onun adı açıqlanmır.

Qeyd edək ki, Aleksandr Maslyakov 1964-1972-ci illər, həmçinin 1986-cı ildən bəri bu günə qədər Rusiya televiziyasında KVN proqramını aparır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti