ABŞ səfirinin üzünü kəsdilər - VİDEO

ABŞ səfirinin üzünü kəsdilər - VİDEO
  05 Mart 2015    Oxunub:11635
Seulun mərkəzində ABŞ-ın Koreyadakı səfiri Mark Lippertə hücum olub. Diplomat səhər görüşə gedərkən əlində ülgüc olan bir nəfər səfirin üstünə atılaraq, üzünü kəsib.

AzVision.az
xəbər verir ki, hücum edən şəxsin tələbi Şimali və Cənubi koreyaların birləşməsi olub.

Yerli polisin məlumatına görə, səfirin üzünü kəsən şəxs Kim soyadlı, 55 yaşlı bir nəfərdir. O, yerindəcə həbs olunub.

Lippert ən yaxın xəstəxanaya aparılıb. Cinayətkar dərhal təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Səfirə 55 yaşlı Kim Qi Çjonun hücum etdiyi bildirilir. 2006-2007-ci illərdə 6 dəfə Şimalim Koreyaya səfər edib. O, 2010-cu ildə Yaponiyanın Cənubi Koreyadakı səfirinə də hücum edib. O, həmin vaxt yapon səfirinə beton parçası atıb. Bu vaxt Kim şərti olaraq azadlığa buraxılıb.


* * *

Cənubi Koreyanın prezidenti Pak Kın Xe hadisəni şərh edərkən bunu “ABŞ-la Koreyanın əməkdaşlığını pozmaq cəhdi” kimi qiymətləndirib.

- Bu, yolverilməz insidentdir. Həmin hücum təkcə səfirə deyil, həm də ABŞ ilə Koreyanın alyansınadır,- deyə prezident vurğulayıb.

ABŞ Dövlət Departamenti də hadisəni pisləyib.

Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər:  





Xəbər lenti