Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu
  05 Mart 2015    Oxunub:1528
Ukrayna prezidenti Petro Poroşenko Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində baş verən faciə ilə əlaqədar martın 5-i ölkədə matəm günü elan edilməsi haqqında fərman imzalayıb.
Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

Son məlumatlara görə, kömür mədənində baş verən partlayış nəticəsində 33 nəfər ölüb.

Xatırladaq ki, martın 4-də Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində metan qazı partlamışdı. (Apa)


Teqlər:





Xəbər lenti