“Nemtsovun qətli biabırçılıq və faciədir” - Putin
Putin vurğulayıb ki, Rusiyanı gələcəkdə bu cür faciələrin baş verməsindən qorumaq lazımdır: “Səs-küylü cinayətlərə, o cümlədən siyasi xarakterli olanlara çox ciddi diqqət yetirilməlidir. Rusiyanı bu yaxınlarda gördüyümüz və yaşadığımız bənzər biabırçılıq və faciədən qurtarmaq lazımdır. Mən Boris Nemtsovun birbaşa paytaxtın mərkəzində həyasızcasına öldürülməsini nəzərdə tuturam”
Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.
Eldar Tanrıverdiyev
AzVision.az