“Hələ nə yaşım var ki...” – 117 yaşlı qadın
Misao Okava martın beşi 1898-ci ildə Osaka şəhərində anadan olub. O, ad gününü ailəsi ilə birlikdə qeyd edib. Ad günündə çıxış edən Okava bəyan edib ki, 117 il elə də böyük müddət deyil.
Dünyanın ən yaşlı insanı hazırda Osaka şəhərində yerləşən Qocalar evində qalır. Qocalar evində işləyən personalın sözlərinə görə, son aylarında onun yerimək və eşitməklə bağlı problemləri yaranıb.
Buna baxmayaraq Okava özünü yaxşı hiss edir və normal qidalana bilir.
Misao Okava adı dünyanın ən yaşlı insanı olaraq 2013-cü ildə “Ginnesin Rekordlar” kitabına salınıb.
Eldar Tanrıverdiyev
AzVision.az