Xavi “Barselona”dan ayrılır

Xavi “Barselona”dan ayrılır
  04 Mart 2015    Oxunub:1577
İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Xavi mövsümün sonunda (2014/15) klubu tərk edəcək.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən, 35 yaşlı Xavi ABŞ-ın “Nyu York Siti” klubunun nümayəndələri ilə görüşüb. Görüşdə həmçinin futbolçunun atası və agenti də iştirak edib.

Qeyd edək ki, “Nyu York Siti” klubunun heyətində hazırda “Barselona”nın digər sabiq oyunçusu David Vilya da forma geyinir. Bu ilin yay ayından etibarən isə “Çelsi”nin sabiq yarımmüdafiəçisi Frend Lempard da ABŞ təmsilçisinin heyətində çıxış edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti