İŞİD yeni neft yataqları tutdu

İŞİD yeni neft yataqları tutdu
  04 Mart 2015    Oxunub:1814
İraq və şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Liviyanın mərkəzi vilayətində yerləşən Bahi və Mobruk neft yataqlarını tutublar.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Liviyada bir-birilə mübarizə aparan hökumət qüvvələri qarşılıqlı olaraq digərinin mövqelərini zərbələr endirib.

BMT münaqişə tərəflərini danışıqlar masasında toplamağa çalışsa da, hələ ki buna nail ola bilmirlər.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafi hakimiyyətinin devrilməsindən sonra ölkədə qarşıdurmalar səngimək bilmir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti