Məktəblilərə intim dərs keçiriləcək
Məlumata əsasən təklifi Olborqsk universitetinin (Aalborg University) seksologiya üzrə müəllimi Kristian Qrauqaard (Christian Graugaard) irəli sürüb.
Onun sözlərinə görə, bu yeniyetmələrə filmlərlə, onları real həyatda gözləyən proseslər arasındakı fərqi anlamaq üçün lazımdır: “Mən uşaqların seksual təhsilinin cansıxıcı olmasının əleyhinəyəm. Onların belə filmlərə tənqidi yanaşmaları vacibdir”.
Statistikaya əsasən, Skandinaviya yarımadasında 18 yaşa qədər olan oğlanların 99 faizi, qızların isə 86 faizi böyüklər üçün nəzərdə tutulan filmlərə baxırlar.
1967-ci ildə Danimarkada pornoqrafiya qadağa olunub. Lakin iki il sonra ölkə pornoqrafiyanı leqallaşdıran ilk ölkə olub.
Danimarka ilə yanaşı, Böyük Britaniya və İsveç məktəblərində də böyüklər üçün nəzərdə tutulan filmlərin göstərilməsi planlaşdırılır.
Eldar Tanrıverdiyev
AzVision.az