Obama Rusiyaya qarşı sanksiyaları artırdı

Obama Rusiyaya qarşı sanksiyaları artırdı
  04 Mart 2015    Oxunub:1533
ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı tətbiq edilən sanksiyalar müddətini daha bir il uzadıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Bununla da, 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyaların müddəti daha bir il artırılıb. Obama həmçinin bu qərarla bağlı ABŞ Konqressini də məlumatlandırıb.

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirib. Sanksiyalar 5 banka, 3 neft şirkətinə, Müdafiə Nazirliyinə tabe olan 9 şirkətə tətbiq edilib. Sanksiyalar nəticəsində Avropa Birliyi “Rosneft”, “Transneft”, “Qazpromneft” yanacaq-energetika şirkətləri ilə uzunmüddətli maliyyə yatırımı tələb edən layihələrə də qadağa qoyub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti