Deputatlar arasında qanlı dava - VİDEO

Deputatlar arasında qanlı dava - VİDEO
  04 Mart 2015    Oxunub:3014
Ukrayna Ali Radasında bu gün deputatlar arasında yenidən dava düşüb.
"Radikal" partiyasının lideri Oleq Lyaşko keçmiş silahdaşı Sergey Melniçuku ittiham edib və onu parlamentdən qovmağa çağırıb.

Sergey Melniçuk bu etiraz edib və deputatlar arasında dava düşüb.

"Xalq cəbhəsi" partiyasının deputatları onları ayırmağa çalışsalar da buna nail ola bilməyiblər.Dava zamanı deputatlar zalda metal konstruksiyaları dağıdıblar.

Melniçukun sifəti qan içində olub. Məsələyə parlamentin mühafizəçiləri qarışıb. Heç cür sakitləşməyən Lyaşko "Cəmdəyi-bayıra!" deyə qışqırırdı.

Qeyd edək ki, bir neçə həftə əvvəl Melniçuk ("Aydar" batalyonunun komandiri olub) Lyaşkoyla sözləri çəp gəldiyinə görə "Radikal" partiyasından knarlaşdırılıb. (Ans)




Teqlər:





Xəbər lenti