Antalyada Azərbaycan Parkı açılacaq

Antalyada Azərbaycan Parkı açılacaq
  03 Mart 2015    Oxunub:2289
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalyaya səfəri zamanı Antalya valisi Muammer Türker ilə görüşüb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Çingiz Qədimli, təşkilatın fəalları, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər.

“Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Milli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millətŞ iki dövlətik”,- deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb.

Qənirə Paşayeva Antalya valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyib.

Antalya valisi Muammer Türker öz növbəsində görüşdən məmnunluğunu bildirib: “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”.

Qənirə Paşayeva xatırladıb ki, Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar: “Antalyanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Antalya Azərbaycan Kültür və Danayaşma Dərnəyinin rəhbərliyi Antalyada 5 mindən çox Azərbaycanlı yaşadığı barədə məlumatlar verdilər. Eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız. Burada Azərbaycan Kültür və Dayanışma Dərnəyinin fəaliyyəti də çox önəmlidir və artıq onların təşəbbüsü və dəstəyi ilə Antalyada Azərbaycan parkı salınır. Bu gün görülən işlərə baxa bildik və inanırıq ki, çox yaxın günlərdə park yüksək səviyyədə istifadəyə veriləcək və bizə də sizinlə bərabər, Antaliyalılarla bərabər onun açılışında iştirak etmək nəsib olacaq”.



Teqlər:





Xəbər lenti