Türkiyədə azərbaycanlı qadın tutuldu

Türkiyədə azərbaycanlı qadın tutuldu
  03 Mart 2015    Oxunub:1724
Türkiyədə saxta əskinazları bazara çıxaran azərbaycanlı qadın həbs edilib.

AzVision.az-ın məlumatına görə, hadisə Türkiyənin Balıkəsir şəhərində qeydə alınıb. Belə ki, Azərbaycan vətəndaşı Xatın A. ilə Türkiyə vətəndaşı Mustafa B. şəhərin bir çox ticarət mərkəzlərində saxta pulla alış-veriş ediblər. Polisə daxil olan çoxsaylı şikayətlərdən sonra həmin şəxslərin həbs olunması üçün əməliyyat başlanılıb və onlar saxlanılıblar.

Şübhəlilər növbətçi məhkəməyə çıxarılaraq həbs olunublar.

AzVision.az


Teqlər:





Xəbər lenti