Həmkarı Ərdoğandan Krala şikayət etdi

Həmkarı Ərdoğandan Krala şikayət etdi
  03 Mart 2015    Oxunub:1597
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni vaxtda Səudiyyə Ərəbistana səfər edən Misir prezidenti Əbdül Fəttah əl-Sisi türkiyəli həmkarından krala şikayət edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə kralı ilə görüşən Sisi iki ölkə arasındakı münasibətləri müzakirə edib. Ölkənin `Suudi El Arabiya` telekanalına müsahibə verən Misir prezidenti Ərdoğanla eyni gündə Səudiyyə Ərəbistana səfərinin tamamilə təsadüf olduğunu deyib. O həmçinin vurğulayıb ki, Türkiyə Misirin daxili işlərinə qarışmaqdan əl çəkməlidir.

Qeyd edək ki, əl-Sisi 2013-cü ilin iyulun 3-dən keçmiş Misir prezidenti Məhəmməd Mursini əvəz edir. Həmin tarixdən etibarən isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun ünvanına sərt ifadələr səsləndirir və onu tiranlıqda ittiham edir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti