Ukraynada 6 min insan ölüb

Ukraynada 6 min insan ölüb
  02 Mart 2015    Oxunub:1664
Ötən ilin aprel ayından etibarən Ukraynanın şərqində silahlı münaqişə nəticəsində 6 mindən çox insan ölüb.

AzVision.az
-ın "İTAR TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsində bildiriblər.

"2015-cü il, mart ayına olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 6 min nəfəri ötüb, aralıların sayı isə 14, 8 min nəfər təşkil edib", hesabatda deyilir.

BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti