Corc Buş `qara siyahı`ya salındı

Corc Buş `qara siyahı`ya salındı
  02 Mart 2015    Oxunub:1524
Venesuela prezidenti Nikolas Maduro ölkədəki ABŞ diplomatlarının sayına məhdudiyyət qoyulacağını açıqlayıb.
AzVision.az-ın BBC-yə istinadən məlumatına görə, Venesuelaya gələn ABŞ vətəndaşlarından viza tələb olunacaq, eyni zamanda bir sıra ABŞ siyasətçilərinin bu ölkəyə girişi qadağan ediləcək.

Maduro deyib ki, ABŞ onların daxili işlərinə qarışdığı üçün bu addımı atıblar. Prezidentin sözlərinə görə, Venesuelada ABŞ-ın 100 diplomatı, ABŞ-da isə 17 venesuelalalı diplomat var.

Xəbərə görə, Venesuelaya girişi yasaqlanacaq amerikalılar arasında bu ölkənin sabiq prezidenti Corc Buş və keçmiş vitse-prezidenti Dik Çeninin də adı var.

Venesuela prezidenti bu şəxslərin İraq və Suriyada insan haqlarını kobud şəkildə pozan qərarlara imza atdıqlarını bildirib.


Teqlər:  





Xəbər lenti