Hillari Klinton prezidentlik hazırlığına başladı
AzVision.az xəbər verir ki, qəzetin yazdığına görə, Klinton və məsləhətçiləri öz qərarları haqda Demokrat Partiyasının sponsorlarına məlumat veriblər. Namizədin qərargahı seçki kampaniyası üçün 1 milyard dollardan çox vəsait toplamaq niyyətindədir.
Yada salaq ki, 2012-ci ilin kampaniyası zamanı Barak Obama $716 milyon toplamışdı.
Əgər bu seçkidə də qalib gəlməsə, Hillari Klinton Ağ Evə sahiblənmək hüququnu və ABŞ tarixində ilk qadın prezident olmaq şansını itirəcək. Çünki indi onun 67 yaşı var, 2020-ci il seçkisi zamanı isə 72 yaşında olacaq.
Tariyel
AzVision.az