İsraildən ermənilərə “soyqırım” zərbəsi
Səfir İsrail nümayəndə heyətinin qondarma erməni “soyqırım”nın 100 illiyi ilə bağlı tədbirə qatılıb-qatılmayacağı ilə bağlı jurnalistin sualını belə cavablandırıb: “Bu il İsrailin müstəqillik günü ilə bağlı rəsmi tədbirlər 22 apreldə başlayacaq və növbəti gün də davam edəcək. 24 aprel tarixi isə cümə gününə düşür və cümə günü axşam saatlarında Şabbat başlayır. Ona görə, də İsrailin rəsmi şəxsləri üçün məhz bu gün tədbirlərdə iştirak etmək heç də asan deyil. Bu nöqteyi-nəzərdən aprelin 24-ü istənilən rəsmi səfər üçün problemli tarixdir. Ümid edirəm ki, İsrail nümayəndə heyəti il ərzində Yerevana rəsmi səfərə gəlib.
İsrailin Ermənistandakı səfiri həmçinin aprelin 24-ü “Çanaqqala” zəfər bayramının 100 illiyi ilə bağlı keçiriləcək tədbirdə bu ölkənin iştirak etməsi ilə bağlı məsələyə aydınlıq gətirib: “ İsrailin rəsmi nümayəndəsi aprelin 24-ü Türkiyədəki tədbirlərə qatılmayacaq. Lakin bunun səbəbi təkcə yuxarıda adı çəkilən nüanslar deyil. Rəsmi Təl-Əviv Türkiyədəki tədbirə qatılmaq barədə dəvət almayıb.
Eldar Tanrıverdiyev
AzVision.az