İsrail səfirindən önəmli Qarabağ açıqlaması
AzVision.az-ın məlumatına görə, erməni jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual da ünvanlayıb.
-İsrail Azərbaycana silah satan ölkələrdən biridir. İlin əvvəlindən bəri Qarabağ münaqişəsi zonasında xeyli sayda insidentlər yaşanıb. Sizin fikrinizcə, münaqişə zonasında gərginliyin azaldılması üçün nə lazımdır?
-Həm Dağlıq Qarabağ, həm də İsrail-Fələstin münaqişəsində olduğu kimi biz hesab edirik ki, yalnız tərəflər arasında birbaşa danışıqlar münaqişənin həll edilməsi ilə nəticələnə bilər. Ona görə, də biz belə görüşlər üçün təşəbbüs göstərən ATƏT-in Minsk qrupunu dəstəkləyirik.
Eldar Tanrıverdiyev
AzVision.az