Nemtsovun sevgilisini gizlədirlər

Nemtsovun sevgilisini gizlədirlər
  01 Mart 2015    Oxunub:2187
Ukraynanın Moskvadakı konsulu Gennadi Breskalenko Boris Nemtsovun qətl işi üzrə əsas şahid, mərhum siyasətçinin Ukrayna vətəndaşı olan sevgilisi Anna Duritskaya ilə görüşməyə nail olub.
Virtualaz.org saytı xəbər verir ki, bunu Rusiyanın “Dojd” telekanalına açıqlamasında Ukraynanın Rusiyadakı səfirliyinə yaxın diplomatik mənbə bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Ostap Semerak A.Duritskayaya ukraynalı diplomatlarla görüş imkanı yaradılmadığını, bununla da onun hüquqlarının pozulduğunu bəyan etmişdi.

O.Semerak bildirmişdi ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları A.Duritskayanı polisdə ifadə verəndən sonra zorla şəxsi və gizli bir mənzilə apararaq orada saxlayırlar: “Duritskaya hazırda polis bölməsində deyil. Onu gizli bir mənzilə aparıblar, mühafizə altında saxlayır və binadan çıxmasına imkan vermirlər. Annaya Kiyevə - öz evinə getməyə imkan vermirlər. Halbuki o, sadəcə şahiddir”.

24 yaşlı ukraynalı fotomodel A.Duritskaya sui-qəsd zamanı B.Nemtsovun yanında olub. Onlar restoranda şam edəndən sonra saat 23:00 radələrində küçədə piyada gəzməyə çıxıblar. B.Nemtsov bu zaman silahlı hücuma məruz qalıb. Ona 6 güllə atıblar. 4-ü siyasətçiyə dəyib və o, hadisə yerindəcə keçinib. A.Duritskaya isə heç bir xəsarət almayıb.


Teqlər:





Xəbər lenti