Jirinovskidən deputatlara intim məsləhət

Jirinovskidən deputatlara intim məsləhət
  25 Fevral 2015    Oxunub:3850
Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Dövlət Dumasında beynəlxalq “Qəhvə Müqaviləsi”nin müzakirəsi zamanı qəhvə və çayla bağlı maraqlı çıxış edib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmişə maraqlı çıxışları ilə diqqəti cəlb edən Jirinovski qəhvə və çayla bağlı dedikləri ilə yenidən müzakirə mövzusu olub. Belə ki, Jirinovski həmkarlarına çağırış edib ki, qəhvə və çay cinsi istəyi artırır, buna görə də vətəndaşlar bu içkilərdən uzaq durmalıdırlar:

“Qəhvə və çay Avropa ölkələrində ənənəvi içkidir. İnsanın səhhətinə də zərərlidir. Bunlar xərçəng yaradır, narkotikə də yaxındır. Qəhvə bizə lazım deyil. Bunu Afrikanı işğal edənlər içirdi. Qəhvə və çay cinsi istəyi artırır, uzaq durmaq lazımdır”.

Jirinovkisinin bu çıxışına Rusiya Dövlət Dumasının spikeri Sergey Narişkin maraqlı cavab verib:

“Siz bundan əvvəl partiya üzvlərinizə daha sağlam yaşamaları üçün sadəcə 3 ayda bir cinsi əlaqəyə girməyi məsləhət görmüşdünüz. Ona görə də sizin və partiyanızın üzvlərininin cinsi istəyi artıran maddələrə ehtiyacı yoxdur. Amma bəs başqaları? Bəzən bunlar lazımlı olur və faydalıdır”,-deyə Narişkin zarafat edib.

Qeyd edək ki, Rusiyada illik qəhvə və çay istehlakının həcmi 2 milyard dollardan çoxdur. Ölkəyə ən çox qəhvə və çay isə Vyetnam, Braziliya, İndoneziya və Kolumbiyadan gəlir.

AzVision.az


Teqlər:  





Xəbər lenti