ATƏT sədri Bakıya gəlir
BMT-nin təhlükəsizlik şurasının üzvləri qarşısıbnda hesabat çıxışı edən diplomat qeyd edib ki, Avropa soyuq müharibədən bu yana təhlükəsizlik sahəsində ən ciddi imtahanlarla qarşılaşıb.
“Biz Ukrayna və ətrafında baş verən böhranın ATƏT-in qarşısında duran digər məsələlər, əsasən Moldova və Cənubi Qafqazda uzunan münaqişələrə necə məhvedici təsir göstərdiyin göz yuma bilmərik”- deyə Daçiç bildirib.
Siyasətçi əsasən noyabrda Azərbaycan hərbiçiləri tərəfindən erməni vertolyotunun məhv edilməsindən sonra Dağlıq Qarabağda baş verənlərdən ciddi narahat olduğunu bildirib. “Keçən il Ermənistan və Azərbaycan prezidentlərinin 3 dəfə görüşməsi dialoqa doğru ruhlandırırdı. Lakin o dövrdən bu yana vəziyyətin gərginləşməsi və siyasi prosesin ləngiməsinə şahid olduq”- deyə ATƏT başçısı qeyd edib. O ATƏT-in Minsk qrupunun sədrlərinin ali səviyyədə görüşə nail olmaq istəyini və münaqişənin “uzunmüddətli həlli üçün yolların axtarılmasını” dəstəklədiyini deyib.
Daçiç yaxın aylarda regiona səfər edəcəyi və ölkə liderləri ilə görüşəcəyini bildirib.
Teqlər: