Ermənistan parlamentində hakimiyyət böhranı
Bu barədə AzVision.az “Vestinkkafkaza”ya istinadən xəbər verir.
Qeyd edək ki, qanun layihəsi “Üçlük” fraksiyaları – “Çiçəklənən Ermənistan”, “İrs” və “Ermənistan Milli Konqresi” partiyaları tərəfindən hazırlanaraq ötən ilin o0ktyabr ayında parlamentə təqdim edilib. Lakin parlament yalnız ötən gündən qanun layihəsinə baxmağa başlayıb. “Ermənistan Milli Konqresi” fraksiyasının rəhbəri qanun layihəsini təqdim edərkən bildirib ki, hakimiyyət ölkə həyatının bütün sahələrində - iqtisadiyyat, sosial sahə, daxili və xarici siyasətdə fiaskoya uğrayıb: “Bütün bunlar isə əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi ilə nəticələnib. Ləngitmək olmaz. Bu bəyanatı qəbul etmək və vəziyyətdən çıxış yollarını tapmaq lazımdır”.
Ermənistan parlamentində bu qanunla bağlı müzakirələr nəinki hakimiyyət və müxalifət, həm də müxalifətçilər arasında da dərin parçalamanın olduğunu göstərdi. Belə ki, qanun layihəsinin həmmüəllifləri, “Çiçəklənən Ermənistan” fraksiyası ölkə daxilində çətin və gərgin siyasi vəziyyəti nəzərə alaraq parlamentin iclasını baykot edib.
Ötən gün həmçinin “Ermənistan Milli Konqresi” partiyasının deputatı Nikol Paşinyan “Serj Sarkisyana impiçment”in elan olunması haqqında qanun layihəsi də 4-68 “hesabı” ilə qəbul olunmayıb. Daha sonra jurnalistlərə açıqlamasında Paşinyan vurğulayıb ki, bu cür şərtlər altında Ermənistanda hakimiyyət daha 20 il dəyişməyəcək.
“Son 20 ildə hər bir müxalifət liderinin həlledici məqamda dizləri əsir. Bir insan çəkisi min kiloqram olan çəki daşını tək qaldıra bilməz. Bunu yalnız birlikdə etmək olar. Mən demirəm ki, müxalifətdə lider olmamalıdır. Lakin bu imtiyaz deyil. Hər zaman, hər yerdə haqlı olan super lider olmamalıdır”, - deyə Paşinyan bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az