DYP-nin yas qadağasına dindardan dəstək

DYP-nin yas qadağasına dindardan dəstək
  24 Fevral 2015    Oxunub:2297
Avropa Yay Oyunları günlərində Bakıda toyların keçirilməsinə qadağa qoyuldu. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov açıqlama verərək həmin günlərdə yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün belə bir addımın atıldığını vurğuladı.
Hətta iyunun 12-dən 28-dək Bakıda toy mərasimlərinin keçirilməməsi haqda şadlıq evlərinə xəbərdarıq edilib.

Toylara rəsmi qadağa qoyulduqdan sonra yas mərasimlərinin keçirilməsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. DYP rəsmisi Vaqif Əsədov hesab edir ki, həmin günlərdə küçələrdə yas çadırlarının qurulması yolverilməzdir. Onun sözlərinə görə, yas çadrları yollarda avtomobillərin hərəkətinə mane olur. Bu baxımdan çadrlar yığışdırılmalıdır.

Din xadimi Hacı Təyyar Hüseyinli V.Əsədovun fikirlərinə haqq qazandırıb. O, AzVision.az-a açıqlamasından bildirib ki, yas mərasimləri ictimaiyyət nəqliyyatda narahatlıq yaratmamalıdır.

“Yəni dünyasını dəyişənin ruhuna hörmət varsa, millətə, cəmiyyətə də hörmətimiz olmalıdır. Dinimizin prinsiplərində də bu özünü göstərir. Dövlət, cəmiyyət, millət hansısa siyahını konkret ümümxalq mənafeyi kimi düşünürsə, Avropa Oyunlarının keçirilməsi dövlətimiz, millətimizin beynəlxalq arenada uğurudursa, yas çadırlarının qurulmaması məsləhətdir.
Dünyasını dəyişən yaxınımızın ruhu ilə bağlı keçirilən mərasim də dinə görə vacib deyil. Mərasim evində, orada-burada qabaritli şəkildə etmək və yolu bağlamaq düz deyil”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti