İŞİD-dən qəfil hücum: Ölənlər var

İŞİD-dən qəfil hücum: Ölənlər var
  24 Fevral 2015    Oxunub:2422
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Suriyanın şimalında 90 xristianı oğurlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

İŞİD gözlənilmədən Əl-Hasika vilayətində assuriyalıların kompakt yaşadığı kəndlərə hücum edib. Hücum nəticəsində onlarla insanın öldürüldüyü, yüzlərlə sakinin isə öz evini tərk etməyə məcbur olub.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti